Təmas xəttində yenə monitorinq olacaq

22 Avqust 2012 08:32 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqust 23-də Azərbaycan Respublikasının Ağdam rayonu Mirəşelli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Antal Herdiç və ofisin əlaqələndiricisi Piter Ki, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.


AzNews.az