Suriyanın taleyi Türkiyədə həll olunur

22 Avqust 2012 10:26 (UTC+04:00)



Dövlət Departamenti Süriyadakı vəziyyəti Türkiyədə müzakirə etmək qərarı verib. AzNews.az-ın məlumatına görə, ABŞ dövlət katibinin Yaxın Şərq məslələri üzrə müavini Bet Consonun başçılıq etdiyi nümayəndə heyəti Suriyadakı vəziyyəti müzakirə etmək üçün Türkiyəyə gələcək.

Nümayəndə heyətinlz ABŞ Müdafiə Nazirliyi və xüsusi xidmət orqanlarıının nümayəndələri də daxildir.


Səfər avqustun 11-də dövlət katibi Hillari Klintonun Ankaraya səfəri zamanı Türkiyə ilə ABŞ arasında əldə olunan Suriyadakı vəziyyətlə bağlı birgə fəaliyyət haqqında razılaşma çərçivəsində keçirilir.


AzNews.az