Bəstəkarlarımız əcnəbilərin yaddaşında iz salmaq istəyir

22 Avqust 2012 14:06 (UTC+04:00)

Azərbaycan Bəstəkarlar İttifaqının nəzərdə tutulan növbəti qurultayı 2013-cü ilin yanvar ayında keçiriləcək. Bu barədə AzNews.az-a ittifaqın məsul katibi Lalə Hüseynzadə məlumat verib. Qeyd edək ki, bu Bəstəkarlar İttifaqının sayca 9-cu qurultayıdır.


L.Hüseynzadə dedi ki, qurultayla bağlı aparılan hazırlıq işləri artıq başa çatıb: "İttifaq olaraq, xüsusi bir qurultay keçirmək fikrindəyik. Qurultaya təkcə Azərbaycandan deyil, xarici ölkələrdən də qonaqlar dəvət olunacaq.

Həmçinin, xüsusi musiqili proqram hazırlanıb. Çalışacayıq ki, tərtib etdiyimiz proqram həm də xarici qonaqların yaddaşında iz salsın".


Lalə

AzNews.az