Xalq artisti: «Əxlaqsız Eldəniz Quliyevin özüdür» - Qalmaqal

23 Avqust 2012 06:32 (UTC+04:00)

"Əxlaqsız Eldəniz Quliyevin özüdür. İstər Eldəniz, istərsə də onun qardaşı Elbrus məni yaxşı tanıyır. Mən həm kino, həm də teatr aktyoruyam. Bir sözlə, professional bir sənətkaram. Əgər buna Eldəniz Quliyevin şübhəsi varsa, orda-burda boş-boş danışmaqdansa mənim yaradıcılığımı vərəqləsin". Xalq artisti Tariyel Qasımov AzNews.az-a aşıqlamasında bunları deyib.


T.Qasımovun sözlərinə görə, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qrum elə özünün vaxtında "kif" atıb: "Vaqif Mustafayev demişkən, Eldəniz Quliyevin müdafiə etdiyi qrum "kif" atdığı üçün mən oradan istefa verdim. Eldəniz mənə nahaq ilişir. Hara gedirəm, nə danışıramsa özüm bilərəm. Eldəniz gözəl bilir ki, mən Almaniyada, Tacikstanda və s.ölkələrdə filmlərə çəkilmişəm. Daha onun kimi gecə iqtidar, gündüz müxalifət olmamışam".


Lalə

AzNews.az