Xəstə özünü pəncərədən atdı

23 Avqust 2012 07:40 (UTC+04:00)


Bakıda intihar hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb. Xəstəxanada müalicə alan, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Rafiq Tofiq oğlu Əbdürrəhmanov xəstəxananın 4-cü korpusunun 5-ci mərtəbəsindən özünü atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharlın səbəbləri hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, R. Əbdürrəhmanov bir neçə gün əvvəl mədə-bağırsaq qanaxması ilə həmin xəstəxanaya daxil olub. Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az