İnsan alveri qurbanları yad ediləcək

23 Avqust 2012 08:41 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Fondu insan alverinin qurbanlarına kömək məqsədilə xeyriyyə konserti təşkil edəcək. Bu barədə məlumatı AzNews.az-a Fondun rəhbəri Mehriban Zeynalova verib.

Onun sözlərinə görə, konsertdən əldə ediləcək gəlir yeni tədris ili öncəsi insan alveri qurbanlarının uşaqlarının məktəbli forması və dərs ləvazimatı ilə təmininə yönəldiləcək: "Bu il ərzində insan alverinin qurbanı olan 32 nəfərə kömək göstərilib. Ötən il ərzində isə bu rəqəm 20-dən artıq olub".

Fondun hesabına köçürülən maliyyə vəsaitinin az olduğunu deyən M.Zeynalova kommersiya qurumlarını, şirkətləri insan alveri qurbanlarına yardıma çağırıb: "İnsan alverinin qurbanlarının yeni həyata başlamaq üçün yardıma ehtiyacları var". Qeyd edək ki, avqustun 23-ü insan alveri qurbanlarının anım günü kimi qeyd olunur.

Kəmalə
AzNews.az