Aşıq İsfəndiyarın 75 illik yubileyi keçiriləcək

23 Avqust 2012 09:17 (UTC+04:00)
Aşıq İsfəndiyarın 75 illik yubileyi keçiriləcək. Bu barədə AzNews.az-a Aşıqlar Birliyinin mətbuat katibi Musa Nəbioğlu məlumat verib. M.Nəbioğlunun bildirdiyinə görə, nəzərdə tutulan yubiley mərasimi iki yerdə keçiriləcək: "Aşıq İsfəndiyarın Azərbaycan aşıq sənətinin təbliğində böyük xidmətləri var. Bunu nəzərə alan Aşıqlar Birliyi onun yubileyini iki məkanda - Gədəbəy rayonunda və Bakıda keçirilməsini planlaşdırıb.

İlk tədbir Gədəbəydə baş tutacaq. Avqustun 25-də keçiriləcək yubiley mərasimi Aşıqlar Birliyi, Gədəbəy Rayon İcra Hakimiyyəti və rayon mədəniyyət şöbəsinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə professor Məhərrəm Qasımlı, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəsmiləri, ziyalılar, elm və mədəniyyət adamları dəvətlidir".

Qeyd edək ki, A.İsfəndiyarın Bakıda nəzərdə tutulan yubiley mərasimi isə oktyabr ayında həyata keçəcək.

Lalə
AzNews.az