Ancelina Colinin qızı filmə çəkilir

23 Avqust 2012 09:23 (UTC+04:00)
"Walt Disney" studiyasının verdiyi açıqlamada Ancelina Colinin qızının filmə çəkiləcəyi açıqlanıb. Colinin baş rolda oynayacağı "Maleficient " filminin bəzi səhnələrində aktirsanın balaca qızı çəkiləcək.

Çəkilişləri iyunda başlayan filmdə qız şahzadənin uşaqlığını canlandıracaq. Filmin 2014-cü ilin mart ayında ekranlara çıxacagı planlaşdırılır.

Səadət Abbaslı
AzNew.az