Şairlərlərimiz hələ 15-20 gün İranda qalacaq

23 Avqust 2012 10:04 (UTC+04:00)


"İranda həbsdə olan Azərbaycan vətəndaşları barəsində hökm yaxın 15-20 gün ərzində çıxarılacaq". Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev mətbuata açıqlamasında bilidirb.

E. Abdullayevin sözlərinə görə, Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndələri dünən Azərbaycan şairlərinin işi üzrə hakimlə görüşüblər və hakim onları hökmün 15-20 gün ərzində çıxarılacağına əmin edib.

Bununla belə, şairlərin konkret hansı cinayət əməlində təqsirli bilinmələri barədə Azərbaycan tərəfinə hələ də heç bir rəsmi məlumat verilməyib. E. Abdullayev Baş Konsulluğun Azərbaycan vətəndaşlarına lazımi hüquqi yardımları göstərdiyini də vurğulayıb. Xatırladaq ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə şeir festivalında iştirak üçün İrana gedib və mayın 2-də orada həbs olunublar.

AzNews.az