İranda daha bir zəlzələ
23 Avqust 2012 13:30 (UTC+04:00)
Avqustun 23-də İranın
mərkəzədən cənuba doğru Fars vilayətində zəlzələ baş verib. Zəlzələ yerli
vaxtla 13.05-də baş verib və 3.8 bal gücündə olub.
AzNews.az-ın məlumatına
görə, Tehran Universitetinin Geofiziki Araşdırmalar Mərkəzinin məlumata görə, zəlzələ Fars vilayətinin mərkəzi Şiraz
şəhərinin yaxınlığında baş verib.
Yerin 5 km dərinliyində qeydə olunan zəlzələ qisa müddətli
olub. Ehtimal olunan dağıntı və ya insan
tələfatı barədə məlumat verilməyib.
Alpər
AzNews.az