Muzdlu işçilərin əməkhaqqısı artırıldı

23 Avqust 2012 13:44 (UTC+04:00)
Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3% artaraq 384,5 manat təşkil edib.

AzNews.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1 421,8 manat, qeyri-neft sektorunda 355,5 manat, dövlət bölməsində 323,9 manat, özəl bölmədə 483,2 manat təşkil edib: "Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, nəqliyyat və anbar təsərrüfatı sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub".

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 212,1 manat, mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı isə 361,8 manat təşkil edib.

Sevinc
AzNews.az