İran nüvə oyunundan çəkilir?

24 Avqust 2012 12:56 (UTC+04:00)


İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında danışıqların yeni raundu başlayır. AzNews.az-ın irna.ir saytına istinadən verdiyi xəbərə görə, danışıqlarda İranı Agentlikdə bu ölkənin daimi nümayəndəsi Əli-Əskər Soltani, qarşı tərəfi isə agentliyin baş inspektoru Herman Nakaerts təmsil edəcək.

Danışıqlarda İranın nüvə məsələsi geniş müzakirə obyekti olacaq. Ümid edilir ki, bu danışıqlar daha səmərəli və irəliyə doğru atılmış adım olacaq. Buna səbəb isə Atom Enerjisi Agentliyinin danışıqlara əhəmiyyət verməyə başlamasıdır.

Qeyd edək ki, tərəflər arasında danışıqlar bir neçə dəfə start götürsə də nəticəsiz yekunlaşıb. Buna səbəb kimi, hər iki tərəfin bir-birini ittiham etməsi göstərilir. Agentlik İranı Nüvə silahı əldə etməyə çalışmaqda ittiham edir, İran isə nüvə proqramının sülhməramlı olduğunu və məsələnin bilərəkdən qərb dövlətləri tərəfindən siyasiləşdirildiyini bildirir.

Sadiq
AzNews.az