Azərbaycan teatrının 140-cı mövsümü

22 Avqust 2012 15:16 (UTC+04:00)
Azərbaycan teatrının 140-cı mövsümünün açılışı ilə əlaqədar hazırlıq işlərinə başlanılıb. AzNews.az-a Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir sentyabrın 15-də baş tutacaq.

Xəbərdə deyilir ki, hazırda 140-cı mövsümün ssenarisi yazılır. Amma ssenarinin kimlər tərəfindən hazırlanması hələ ki, açıqlanmayıb. Açılış mərasiminə Azərbaycan teatrlarının hər biri dəvət olunacaq.

Qeyd edək ki, 140-cı teatr mövsümünün açılışı Fizuli rayonunun Horadiz şəhərində, Füzuli Dövlət Dram Teatrının qarşısında reallaşacaq.

Lalə
AzNews.az