Magistrlar kəsirlərini nə zaman ləğv etdirə bilərlər?- Açıqlama

1 Mart 2014 10:20 (UTC+04:00)
Azərbaycan Təhsil Nazirliyi ali təhsilin magistratura səviyyəsində olan akademik borcaların hansı müddət ərzində ləğv edilə biləcəyinə aydınlıq gətirib.

Təhsil Nazirliyinin rəsmi facebook səhifəsində izləyicələrin sualları cavablandırılarkən bildirilib ki, magistratura səviyyəsində nəzəri təlim 3 semestrdən ibarət olduğundan birinci semestrdən qalan akademik borclar yay semestrində (ödənişli) və ya ödəniş etmədən növbəti tədris ilinin birinci semestrində ləğv edilə bilər.

Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir.

Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Əgər ali təhsil müəssisəsində həmin ixtisas üzrə qiyabi təhsilalma forması üzrə qrup mövcuddursa, təhsilalma formasını əyanidən qiyabiyə dəyişmək mümkündür.

AzNews.az