“Eurovision“da ölkəmizi bu qız təmsil edəcək- FOTO

1 Mart 2014 11:23 (UTC+04:00)
"Böyük səhnə" mahnı müsabiqəsinin qalibi müəyyənləşib.

Kiyevdə baş tutan final gecəsində qalib caz ifaçısı Dilarə Kazımova olub. Bu haqda İnstaqram sosial şəbəkəsində məlumat verilib.

Qeyd edək ki, müsabiqədə qalib olan D. Kazımova bu il Danimarkanın Kopenhagen şəhərində baş tutacaq "Eurovision" beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək. Dilarə Kazımova "Milk and Kisses" qrupunun keçmiş üzvü və "Yeni Dalğa 2010" müsabiqəsinin laureatıdır.

Final gecəsi ilə bağlı veriliş martın 2-də, saat 23:00-da İctimai telekanalda yayımlanacaq.

AzNews.az