Ən çox oxucusu olan sayt bəlli oldu- Sorğu

1 Mart 2014 12:01 (UTC+04:00)
AzNews.az fevral ayında keçirdiyi sorğuya yekun vurub.

"Hansı xəbər saytını oxuyursunuz?" sualının qoyulduğu sorğuda 1754 respondent iştirak edib. Sorğu iştirakçılarından 477 nəfərin səsini qazanan musavat.com saytı ilk yeri tutub.

İkinci yerdə 274 səslə milli.az, azadlıq.info saytı isə 238 səslə üçüncü yerdə qərarlaşıb.

Səsvermənin nəticələrinə görə sonrakı yerləri tutan saytların siyahısı belədir:

Qafqazinfo.az- 187
Anspress.az - 147
Lent.az - 90
Qaynar.info- 85
Axar.az - 74
Modern.az- 49
Publika - 33
Azpolitika.az- 33
Avropa.info- 29
Azvision.az -16
Mediaforum.az- 15
Gun.az - 7

Xəyalə
AzNews.az