Əlavə yük götürən maşınların təkərləri partladılacaq - VİDEO

1 Mart 2014 20:41 (UTC+04:00)
Yük avtomobillərinin törətdiyi qayda pozuntularına qarşı görülən tədbirlər gücləndirilsə də, hələlik bu cür hallar təəssüf ki, yaşanır. Daşınan yükün normadan artıq olması isə həm sürücünün özünün, həm də digər hərəkətdə olan nəqliyyat vasitələrinin təhlükə altına alınması deməkdir. Bu halların qarşısını almaq üçün polis yeni xüsusi saxlama qurğularından istifadə etməyi planlaşdırır. Əmrə tabe olmayan avtomobillərin təkərləri partladılaraq dayandırılacaq. Baş Dövlət Yol Polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirdi ki,nəinki qəza şəraiti yaradan sürücülər, həm də yüklənməni həyata keçirən hüquqi şəxsləri də 1200 manatdan 1500 manata kimi cərimə gözləyir.

Sürücülər cərimədən əlavə onu da düşünməlidirlər ki, bir yük maşını 12 çarx üzərində gedir. Və bu şinlər tikanlar vasitəsilə partladıldıqda dəyən ziyan, ödəniləcək cəriməni ötür. Bu səbəbdən 2 qat xərcə düşməmək üçün yola çıxmazdan qabaq ən az 2 dəfə düşünmək pis olmaz.




AzNews.az