AXCP-nin qərargahında güclü partlayış - Fotolar

3 Mart 2014 08:25 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu gecə saat 04.35-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmisində partlayış baş verib.

Bu haqda partiyanın mətbuat katibi Natiq Ədilov özünün Facebook səhifəsində qeyd edib. Onun yazdıqlarına görə, partlayış zirzəmidəki bərbərxanada olub. Nəticədə qərargahın konfrans zalına ciddi ziyan dəyib. Partiyanın mətbuat katibi daha sonra bunu əlavə edib: "Biz ümidvar olmaq istəyirik ki, partlayış AXCP-yə qarşı növbəti mərkli planın tərkib hissəsi deyil".

AzNews.az