Ümid Partiyasının sabiq sədr müavini “ReAL”a keçdi

3 Mart 2014 10:42 (UTC+04:00)
Ümüd Partiyasının sədrinin keçmiş müavini Aynur İmranova Respublikaçı Alternativ (ReAL) Hərəkatına üzv oldu.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı ReAL Hərəkatının icra katibi Natiq Cəfərli facebook səhifəsində paylaşıb. O, qeyd edib ki, Aynur İmranovanın təcrübəsi partiya quruculuğunda ReAL-a kömək olacaq.

Bununla bağlı Aynur İmranova ilə əlaqə saxladıq. O, açıqlamasında deyib ki, hərəkatın partiyalaşma mərhələsinə qoşulmağa razılıq verib: "Yeni Real Partiyasının təşəbbüskarlarından və qurucularından olacağıq".

Xatırladaq ki, Aynur İmranova 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra Ümüd Partiyasının sıralarını tərk edib.

Bahar Rüstəmli
AzNews.az