Sünnətdən sonra qulaq deşmə qadağan ediləcək

25 Avqust 2012 08:22 (UTC+04:00)
Almaniyada Köln Əyalət Məhkəməsinin sünnəti "insanı yaralama" adlandırmasından sonra bu dəfə də sırğa taxmaq üçün kiçik uşaqların qulağının deşilməsi qadağan ediləcək. Bu barədə Berlin məhkəməsinin qərar verəcəyi gözlənilir. Lichtenberqdə yaşayan bir ailə 3 yaşlı qızlarının qulağını deşən döyməçinin uşağa əziyyət verdiyini bildirərək təzminat üçün məhkəməyə müraciət edib.

AzNews.az-ın "Hürriyyət"qəzetinə istinadən verdiyi məlumata əsasən, məhkəmə təkcə döyməçi ilə bağlı yox, həm də ailə ilə bağlı verəcək. Belə ki, məhkəmədə ailənin yetkinlik yaşına şatmayan uşaqların qulağını deşdirməyə haqqı olub-olmadığı araşdırılacaq.

E.Əlosmanqızı
AzNews.az