Bakıda zəncirvari qəza: səbəbkar qaçdı - Foto

3 Mart 2014 21:47 (UTC+04:00)
Bu gün Sulutəpədə zəncirvari qəza baş verib.

"Axar.az"ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, əks-istiqamətdə hərəkət edən 90 NX 475 nömrəli VAZ 21015 markalı maşın 50 AA 824 nömrəli "Hunday Sonata" markalı maşınla toqquşub. Zərbənin nəticəsindən "Hunday" markalı maşın idarəetməni itirərək 90 EO 301 nömrəli "Nissan X-Trail"a dəyib. Nəticədə zəncirvari qəza meydana gəlib. Qəzaya ilkin səbəb kimi VAZ 21015 markalı maşının sürücüsü göstərilir. Hadisə səbəbkarı sayılan sürücü qəza yerindən qaçıb. Qəza nəticəsində iki nəfər yaralanıb. Yaralılardan biri ambulator müalicədən sonra evə buraxılıb.






AzNews.az