İsrail aviasiyası Qəzzaya hava zərbəsi endirib - 1 ölü, 2 yaralı

3 Mart 2014 22:56 (UTC+04:00)
İsrail aviasiyasının Qəzza zolağının şimalına endirdiyi hava zərbəsi nəticəsində bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, pilotsuz təyyarə Beyt-Xanun şəhərinin bir qrup sakininə hücum edib. Ölən fələstinlinin 17 yaşı olub.

Bundan əvvəl Aşkelon şəhəri Qəzza zolğından raket atəşinə tutulub, ölən və xəsarət alan olmayıb.


AzNews.az