Narazı “Sovetski“lilər yenidən bir araya gəldilər - VİDEO

3 Mart 2014 23:06 (UTC+04:00)
"Sovetski" sakinləri bu gün yenidən 150 saylı məktəbin qabağında idilər. Onlar saat 14.00-da köçürmə komissiyasının üzvləri ilə görürüşü gözləyirdilər. Amma sonra sakinlərə görüşün saat 16.00-da Yasamal rayon icra hakimiyyətində keçiriləcəyi elan edildi. Ərazidə toplaşmış "Sovetski" sakinləri məktəbin qarşısını tərk etdilər. Amma ərazidən çıxmaq istəməyənlər də oldu.

Yasamal rayon icra hakimiyyətində keçirilən görüşdə isə "Sovetski" sakinləri üçün yeni xəbərin faktiki olaraq olmadığı üzə çıxdı.

Bundan başqa ev əşyalarının daşınması üçün əlavə hər ailəyə 400 manat veriləcək. Eyni zamanda Abid Şərifov bir daha bəyan etdi ki, "Sovetski"dən məcburi qaydada heç kim çıxarılmayacaq, kimsə hər kvadrat metrə görə verilən 1500 manatı az hesab edirsə, öz evində qalıb yaşaya bilər.




AzNews.az