Məşhur dizayner “Legion”suz qaldı

25 Avqust 2012 09:53 (UTC+04:00)
Fransa prezidenti François Hollande məşhur moda evi "Christian Dior"-un köhnə baş dizayneri John Gallianodan ləyaqət nişanını geri alıb. Səbəb isə John Gallianonun yəhudilər əleyhinə pis sözlər deməsi olub. Keçən il barda yəhudilər əleyhinə sözlər deyərkən çəkilən videonun yayılması Johna "Dior"dakı işini və öz adını daşıyan markadakı hissələrini itirməsinə səbəb olmuşdu.

Dizayner həbsdən qurtulmaq üçün cərimə olaraq 6 min avro ödəmişdi. Bu dəfə isə rəsmi qəzetdə ingilis dizaynerə 1 yanvar 2009-cu ildə verilən "Legion" ləyaqət nişanının prezidentin əmri ilə geri alınması barədə xəbər dərc olunub. John Galliano sözləri içkinin təsirində olduğu üçün işlətdiyini açıqlayıb.

Səadət Abbaslı
AzNew.az