“Kapital Bank“dan filial müdirinin həbs xəbərinə REAKSİYA

4 Mart 2014 10:45 (UTC+04:00)
"Kapital Bank" ASC Bankın Abşeron rayon filialının müdiri Elvin Rüstəmovun guya Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi barədə yayılmış xəbərləri təkzib edib.

Bankın mətbuat xidmətinin yaydığı açıqlamada bu məlumatın həqiqətə uyğun olmadığı, Kapital Bankın Abşeron rayon filialında hər hansı yoxlamanın aparılmadığı qeyd edilib.

Mətbuat xidmətinin açıqlamasına görə, filial müdiri Elvin Rüstəmov bir neçə gün əvvəl qanunvericiliyə uyğun şəkildə növbəti əmək məzuniyyətinə çıxıb. Filialda başqa bank inzibatçısı olmadığından Abşeron rayon filialının fəaliyyətinə müvəqqəti rəhbərlik üçün onu Bankın Baş ofisindən başqa inzibatçı əvəz edib.

Qeyd edək ki, belə bir xəbəri AzNews.az saytı olaraq, biz yazmışıq. Amma bankın yaydığı bəyanatdan fərqli olaraq, biz yazmamışıq ki, filal müdiri həb olunub. Bankda yoxlamaların aparılması və müdirin işə gəlməməsini qeyd eymişik. Bildirmişik ki, müdirin belə bir ərəfədə işə gəlməməsi onun həbs olunması barədə fikirlər yaradıb. Bundan sanra isə bankın nümayəndəsinin mövqeyini vermişik. Bank nümyəndəsi isə müdirin məzuniyyətə göndərildiyini deyib.

AzNews.az