Ziyalılar Forumu niyə toplanmır? - Açıqlama
4 Mart 2014 10:53 (UTC+04:00)
Son günlər Ziyalılar Forumunun yenidən toplanacağı barədə yayılan məlumatlara Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli münasibət bildirib.
O, AzNews.az-a açıqlamasında deyib ki, yaxın zamanda qurumun toplanması gözlənilmir:
"Yaxın zaman üçün Ziyalılar Forumunun hər-hansı bir toplantısı gözlənilmir".
Onun sözlərinə görə, belə bir toplantı nəzərdə tutularsa, mediaya bu barədə məlumat veriləcək.
Qeyd edək ki, Ziyalılar Forumunun son toplantısı 2013-cü ilin iyun ayında keçirilib.
Bahar Rüstəmli
AzNews.az