“Qanun” yoxlamalarla bağlı bəyanat yaydı

4 Mart 2014 11:41 (UTC+04:00)
"Qanun" Nəşriyyatı Vergilər Nazirliyi tərəfindən cərimələnməsi ilə bağlı bəyanat yayıb.

Qurumdan AzNews.az-a daxil olan bəyanatda bildirilir ki, ötən il noyabrın 1-də gündüz saat 11 radələrində Vergilər Nazirliyinin 20 nəfərdən ibarət olan bir dəstə əməkdaşı özlərini təqdim etmədən, gözlənilmədən QANUN nəşriyyatının ofisinə soxulmuş, qapıları bağlamış, giriş-çıxışı məhdudlaşdırıb.

Müəssənin rəhbəri və vəkilin etirazına baxmayaraq nəşriyyatın kompüterləri, mühasibatlıqda olan rəsmi və qeyri rəsmi sənədlər, gündəlik sənədləşmə üçün zəruri olan bütün sənədlər zorla götürülüb.

"Qanun nəşriyyatı" Sənədlərin götürülməsinin qanunsuz hesab edilməsi barədə 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinə müraciət edib. Çünki hər hansı təşkilatın sənədləri yalnız məhkəmə qararından sonra üzü çıxarılmaqla götürülə bilər. Heç bir məhkəmə qərarı olmadan sənədlərin zorla götürülməsini isbat edən video süjetlər və şahidlərin ifadələrinə baxmayaraq 7 dəfə məhkəmə baxışından sonra nəşriyyatın iddası təmin edilməyib. Məhkəmə - hakim Elçin Məmmədov Məhkəmə Hakimiyyətinin mənafeyinə zidd olaraq Vergilər qarşısındə əzilmiş və onların xeyrinə qərar çıxarıb.

Paralel olaraq nəşriyyatdan zorla götürlümüş sənədlər və sənəd hesab edilməyən qeydlər əsasında Audit idarəsi yoxlama aparmış və nəşriyyatın ziyanına 150 min cərimə müəyyən edən qərar çıxarıb. "Qanun nəşriyyatı" qərardan şikayət etsə də buna məhəl qoyulmadan dərhal cinayət işi başlamış, nəşriyyatın bütün işçiləri, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar, korrektorlar, ümumilikdə yüzə qədər yaradıcı və texniki heyət cinayət təqibinə məruz qalıblar.

Dünən gecə 9-a qədər redaksiyanın əməkdaşları istintaq tərəfindən dindirilib, onların arasında körpə uşaq anasına belə evinə getməyə icazə verilməyiblər.

Yaşlı yazıçılar, tərcüməçilər istintaq tərəfindən sorğu-sual edilir. Çoxlu ziyalı bu gün kitablarına, tərcümələrinə yaradıcı fərliyyətinə görə müstəntiq qarşısında dayanır.

Bu bəyantla bildirik ki, vergi yoxlaması qərəzlidir, hansısa qrupların marağına xidmət edir, heç bir hüquqi əsas yoxdur, məqsəd yaradıcı insanları alçaltmaq, kitaba artan inama zərbə vurmaqdır. "Qanun nəşriyyatı"na və yazarlara qarşı vergi terrorunu son qoymağa çağırırıq.

AzNews.az