Nazirlər Kabinetində “Sovetski” ilə bağlı xüsusi iclas keçiriləcək

4 Mart 2014 11:52 (UTC+04:00)
"Sovetski"-nin sökülməsi məsələsinə baxılması üçün yaxın günlərdə Nazirlər Kabinetinin xüsusi iclası keçiriləcək.

Bunu spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında məlumat verib.

Spiker deyib ki, müzakirələrin nəticəsi parlamentə göndəriləcək: "Mənə indi verilən məlumata görə, orada həqiqətən məcburi heç kim köçürülməyəcək. İndi biz Nazirlər Kabinetinin həmin iclasının nəticəsini gözləyirik. Lazım olarsa, əlbəttə ki, parlament olaraq biz də bu barədə sözümüzü deyəcəyik".

Millət vəkili İqbal Ağazadə məsələ ilə bağlı bildirib ki, "Sovetski"də aparılacaq söküntü işləri ilə bağlı əhaliyə verilən kompensasiyaların miqdarına yenidən baxılmalıdır: "Heç olmasa, evlərinin kvadratmetri az olanlara konkret ev verilsin. Mən təklif edirəm ki, bu məsələ ilə bağlı parlament olaraq Nazirlər Kabinetinə müraciət edək və buna yenidən baxılsın".

AzNews.az