Krımda referendum martın 30-da keçiriləcək

4 Mart 2014 21:17 (UTC+04:00)
Krımın statusu ilə bağlı referendum təxirə salınmayaraq martın 30-da keçirəcək.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Muxtar Respublikanın parlamentinin spikeri Vladimir Konstantinov deyib.

"Referendumun tarixi dəyişdirilməyəcək. Hamı razıdır ki, referendumun vaxtını qabağa çəkmək təşkilati problemlərə görə çox təhlükəlidir", deyə Konstantinov bildirib.

O əlavə edib ki, referendumun hazırlığı ilə bağlı təşkilati məsələlərinin həlli üçün Ali Şuranın azı iki iclası keçirilməlidir.


AzNews.az