Rəsmi Bakı Ukraynadakı proseslərə nə deyir? - Açıqlama

5 Mart 2014 10:21 (UTC+04:00)

"Azərbaycan Ukraynadakı vəziyyətin ölkə daxilindəki bütün siyasi qüvvələrin dialoqu və konstruktiv əməkdaşlığı, həmçinin maraqlı tərəfdaş dövlətlərlə birgə fəaliyyət vasitəsilə həllinin tərəfdarıdır".

Bunu AzNews.az-a açıqlamasında Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ukraynadakı hadisələrdən danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi Bakı Ukraynada sabitliyin, əmin-amanlığın və milli birliyin bərqərar olması prosesinə ciddi xələl yetirən radikalizm və ekstremizmin qarşısının alınmasına çağırır və Ukraynanın konstitusiyası əsasında ölkədəki vəziyyətin tezliklə sabitləşdirilməsinin tərəfdarıdır.

İlqar
AzNews.az