Oqtay Əsədov deputata “səviyyəsiz“ dedi- VİDEO

5 Mart 2014 10:35 (UTC+04:00)
Martın 4-də keçirilən Milli Məclisin plenar iclasında çıxış edən deputat Etibar Hüseynov Maydanda Azərbaycan bayrağının qaldırılmasına qarşı çıxaraq bildirib ki, bayraq Azərbaycanın dövlət atributudur, onu hər yerdə ucaltmaq olmaz: "Bəlkə də qanuna dəyişiklik etmək lazımdır ki, Azərbyacan bayrağını hər kəs istədiyi yerdə ucaqlda bilməz. Heç olmasa səfirlik belə məsələlərdə diqqətli olmalıdır".

Spiker Əsədov isə onun bu sözlərindən əsəbləşib: "Ay Etibar müəllim, elə bayaq mən bu məsələlərdən danışdım. Elə bil tormozunuz yoxdur e. Qardaş, sən bayrağı necə ləğv edəcəksən? Səfirlik adam tutandır? Deyəndə bir səviyyəli söz deyin də".

AzNews.az deputatla spiker arasında olan polemikanın videosunu təqdim edir: