Suriyada təlim keçən dini qruplaşmanın üzvləri saxlanılıb

5 Mart 2014 10:43 (UTC+04:00)



Azərbaycanda ötən il keçirilən əməliyyatlar nəticəsində Suriyada xüsusi təlim keçmiş terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar.

Bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Məlumatda qeyd olunub ki, məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar.

Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin istintaqı aparılır.

AzNews.az