Şəmsəddin Hacıyev işdən çıxarıldı

5 Mart 2014 15:23 (UTC+04:00)
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad olunub.

Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb və sərəncam yaxın saatlarda dərc olunacaq.

Sərəmcamda qeyd olunur ki, Şəmsəddin Hacıyev İqtisad Universitetinin rektoru vəzifəsindən azad olunsun. Prezident həmçinin İqtisad Universitetinin yeni rektoru ilə bağlı da sərəncam verib.

Qeyd edək ki, Şəmsəddin Hacıyev Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.(qafqazinfo)