Uilyam Heyq Rusiyanı hədələdi – Ukraynaya görə

5 Mart 2014 17:06 (UTC+04:00)

"Rusiya Krımla bağlı mövqeyini dəyişməsə və beynəlxalq qanunların tələbələrinə riayət etməsə ciddi ziyan çəkəcək".

AzNews.az-ın məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Fransanın paytaxtı Parisdə Ukrayna, ABŞ və Böyük Britaniya xarici işlər nazirlərinin iştirakı ilə keçirilən toplantıdan sonra verdiyi açıqlamada deyib.

O bildirib ki, bu fikir "Budapeşt Memorondumu"na üzv ölkələrin XİN rəhbərlərinin məsləhətləşməsindən sonra gəlinən qənaətdir.

Xatırladaq ki, "Budapeşt Memorondumu"na üzv ölkələrin toplantısı çərçivəsində Parisdə adıçəkilən ölkələrin nazirləri - Andrey Deşiçya, Con Kerri və Uilyam Heyq görüşüblər. Yğıncaqda Ukrayna-Rusiya münasibətləri və Krım Muxtar Respublikasında baş verənlər müzakirə edilib. İclas U. Kerrinin sədrliyi ilə keçirilib.

AzNews.az