ATƏT-lə əməkdaşlıq müzakirə olundu - Foto

5 Mart 2014 21:32 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda yeni təyin olunmuş layihə əlaqələndiricisi Ələsgər Şahtaxtinskini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AzNews.az - a verilən məlumata görə, E.Məmmədyarov Ə.Şahtaxtinskini yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib. Görüş əsnasında Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.


AzNews.az