Hillari Klintondan Putinə ağır sözlər

5 Mart 2014 23:27 (UTC+04:00)
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiyanın Krımda həyata keçirdiyi siyasətin İkinci Dünya Müharibəsindən əvvəl faşistlərin siyasətinə bənzədiyini deyib.

"Axar.az" xəbər verir ki, Kaliforniyada ianə toplamaq üçün keçirilən tədbirdə çıxış edən Klinton bildirib ki, Hitler qonşu ölkələrdə yaşayan almanların hüquqlarını qorumaq adı altında həmin ölkələri necə işğal edirdisə, Vladimir Putin də Ukraynada eyni siyasəti aparır.

"Bunlar çox tanış mənzərədir. 30-cu illərdə də Hitler belə siyasət yeridirdi. Çexoslovakiya, Rumıniya və digər ölkələrdə yaşayan etnik almanlara qarşı xoş rəftar edilmədiyini bəhanə gətirərək xalqın qorunmasının vacibliyindən danışırdı" deyə Klinton çıxışında bildirib.

Keçmiş dövlət katibi Putinin əsas vəzifəsinin Böyük Rusiya qurmaq olduğunu deyib: "Ukraynaya baxanda onun Ana Rusiyanın bir hissəsi olduğuna inanır".


AzNews.az