“Sülhün əldə olunmasında böyük maraq var“- Amerikalı həmsədr

6 Mart 2014 08:57 (UTC+04:00)
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik İsveç parlamentinin xarici işlər komitəsinin üzvlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb.

O, bu barədə öz Twitter səhifəsində yazıb.

C.Uorlik bildirib: "İsveç parlamentinin Xarici işlər komitəsinin üzvlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırdım. Sülhün əldə olunmasında böyük maraq var".

AzNews.az