Nadir Bayramlı Azan oxudu – Açıqlama (Video)

6 Mart 2014 09:52 (UTC+04:00)

"Cümə günləri hansı məscidə gedirəmsə, orada Azan oxuyuram".

Bu sözləri AzNews.az-a açıqlamasında müğənni Nadir Bayramlı deyib.

O, bir müddət öncə sosial şəbəkələrdə yayılan Azan oxuduğu yerdə çəkilən videosundan da danışıb. Müğənni bildirib ki, həmin vaxt Azanı Qaraçuxurdakı məsciddə oxuyub: "Cümə namazına getmişdim. Daxilimdən Azan demək keçdi. Mikrafonu götürüb Azanı oxudum. Artıq cümə günləri hansı məscidə gedirəmsə, yolum hansına düşürsə orada Azan deyirəm".

N.Bayramlı ibadət etdiyini və bunu hamıya tövsiyyə etdiyini deyib: "Hər kəs gücü çatan səviyyədə buna əməl etməlidir".


Bahar Rüstəmli
AzNews.az