Türkiyə səfirliyi KİV-dəki nurçuların siyahısını hazırlayır – Özəl

6 Mart 2014 10:46 (UTC+04:00)
Türkiyə hökuməti Azərbaycandakı səfirliyinə nurçularıla bağlı tapşırıq verib. AzNews.az-ın səfirlikdəki mənbədən əldə etdiyi məlumata görə, səfirlik tapşırığa əsasən tez bir zamanda ölkəmizdə "nurçu"larla bağlılığı olan media qurumlarının və mətbuat nümayəndələrinin siyahısını hazırlamalıdır. Diplomatik nümayəndəliyə o da tapşırılıb ki, həmin jurnalistlər bundan sonra səfirliyin layihələrindən kənarda tutulmalı və keçirilən tədbirlərə cəlb olunmamlıdırlar. Səfirliyin ilkin araşdırmaları zamanı müəyyən olunub ki, "nurçu"larla bağlılığı olan jurnalistlər daha çox ənənəvi və internet televiziya kanallarında çalışırlar.

Xatırladaq ki, son günlər KİV-lərdə Azərbaycanda deputatlar və hökumət nümayəndələri arasında "nurçu"ların olduğu haqda xəbərlər yayılmaqdadır. Dünən məlum oldu ki, nurçu məmurlar Türkiyənin "qara siyahı"sına salınıb. Bundan sonra həmin məmurla və deputatlar qardaş ölkəyə buraxılmayacaq.

Azər
AzNews.az