Güləşçimiz dünya çempionatında finala çıxdı

25 Avqust 2012 13:49 (UTC+04:00)


Bakıda yeniyetmələr arasında güləş üzrə dünya çempionatında yunan-Roma güləşçimiz Murad Məmmədov da finala adlayıb.

Güləş Federasiyasının verdiyi məlumata görə, 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov yarımfinalda türkiyəli Ahmet Ucara qalib gəlib. Həlledici mərhələdə güləşçimizin rəqibi rusiyalı Azamat Taxoyev olacaq.

AzNews.az