Məhbuslara bəd xəbər – Amnistiya olmayacaq

6 Mart 2014 13:24 (UTC+04:00)



"Bu il Novruz bayramı ərəfəsində amnistiya aktının qəbul olunması gözlənilmir"

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə deyib.

O bildirib ki, amnistiya aktına dair qanun layihəsinə baxılması məsələsi Milli Məclisin gündəliyinə salınmayıb: "Parlamentdə yaxın vaxtlarda müzakirə ediləsi ən geniş məsələ hökumətin hesabatıdır. Bu hesabat da martın 14-də dinləniləcək".

Amid
AzNews.az