Şüvəlanda əxlaqsızlıq yuvası təşkil edən şəxs saxlanıldı

6 Mart 2014 14:03 (UTC+04:00)
Bakı şəhər sakini əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında İdarə əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Bakı şəhər sakini Rafiq Tağıyev saxlanılıb. Onun gəlir əldə etmək məqsədi ilə Şüvəlan qəsəbəsindəki mənzillərdən birində əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az