İntihar edən məktəbli polkovnik-leytenantın qızı imiş - YENİLƏNİB

6 Mart 2014 18:07 (UTC+04:00)
11-ci sinif şagirdi Zərifə Əsədova intihar etməzdən əvvəl telefonla atasına SMS yazaraq, bağışlanmasını istəyib

Bakıda özünü binadan ataraq intihar edən qızın yüksək rütbəli hərbçinin övladı olduğu məlum olub.


Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1997-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Zərifə Əsədova Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Mübariz Əsədovun qızıdır.

Polisdən həmçinin bildirilib ki, Z. Əsədova Hövsanda yaşayıb. Bir gün əvvəl yaşadığı evi tərk edən qız bu gün Səbail rayonu, Mətbuat prospekti, 2 ünvanında yerləşən hündür mərtəbəli binanın 9-cu mərtəbəsinə çıxaraq oradan özünü atıb.

Z. Əsədova intihar etməzdən əvvəl telefonla atasına SMS yazaraq bağışlanmasını istəyib.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

***
Saat 15.47

Bakıda 17 yaşlı qız özünü doqquzuncu mərtəbən atıb.


Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mətbuat prospekti 2 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü 11-ci sinif şagirdi Zərifə Mübariz qızı Əsədova özünü binanın doqquzuncu mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az