Qusarda ağır yol qəzası: 1 ölü, 1 yaralı

6 Mart 2014 18:47 (UTC+04:00)
Qusarda dəhşəyli yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Xuray kəndi ərazisində baş verib. Qusar - Şahdağ yolunda baş vermiş qəzada yaralananlardan biri dünyasını dəyişib. "Mersedes" markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Abşeron rayon sakini Cəlal Əliyev Qusar Mərkəzi Rayon Xəstəxanasında keçinib. "Mersedes"də olan sərnişin, 1992-ci il təvəllüdlü Beyləqan rayon sakini Rəvan Ağa oğlu Sadaylı isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı Qusar rayon Polis Şöbəsində cinayət işi qaldırılıb. (ANS)