Donetskin «xalq qubernatoru» həbs edilib

6 Mart 2014 20:12 (UTC+04:00)
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları (UTX) Donetskdə Rusiyayönlü fəalların lideri Pavel Qubarevi həbs edib.

Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, UTX əməkdaşları onu "BBC"-yə müsahibə verərkən, mənzilində tutublar.

Axtarış üçün məhkəmənin qərarını təqdim ediblər. Qubarev separatçılığa açıq-aşkar çağırış etməkdə ittiham olunur.

Martın 6-da Pavel Qubarev mətbuat konfransında bildirib ki, Krımın ardınca "Donetsk vilayəti müqəddəratın təyini" ilə bağlı referendum keçirəcək.

Bir müddət öncə Donetskdə keçirilən mitinqdə Qubarev "xalq qubernatoru" elan edilmişdi.


AzNews.az