Tarzən bacısının yasına buraxılmadı

6 Mart 2014 22:48 (UTC+04:00)
İranda həbs edilmiş azərbaycanlı musiqi ustadı Həsən Dəmirçini dünyasını dəyişən bacısının yasına buraxmayıblar.

"Axar.az"ın məlumatına görə, Qaradağın zəlzələ bölgəsinə yardım göndərmək kimi xeyir əməlinə görə həbs edilən 72 yaşlı tanınmış aydın və musiqiçi 4 aydan artıqdır həbsdədir və ona həbsdə olmazın işgəncələr verilir. Təbrizin mərkəzi zindanında saxlanılan ustad Həsən Dəmirçinin ailə üzvləri ilə görüşünə də imkan verilmir. Ağır şəraitdə saxlanılan, yaşının çoxluğuna görə bir neçə xəstəlikdən əziyyət çəkən ustadın müxtəlif ruhi təzyiq və təhqirlərə məruz qaldığı bildirilir.


AzNews.az