AYB-nin qurultayı yenə təxirə düşdü - SƏBƏB

7 Mart 2014 10:14 (UTC+04:00)
Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtı yenə dəyişdirilib.

AzNews.az-a daxil olan məlumata görə, qurultayın keçirilməsi aprel ayına planlaşdırılıb.

Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca AzNews.az-a açıqlamasında bildirib ki, vaxtın dəyişdirilməsi Novruz bayramı ilə bağlı olub: "Qurultay aprel ayında keçiriləcək. Mart ayı bayramlarla zəngindir. Bayramlarda da hər kəs istirahətdə olur, yəni şəhərdən uzaqlaşırlar. Ona görə belə qərara aldıq ki, qurultayı aprelin ortalarında keçirək".

Xatırladaq ki, Yazıçılar Birliyi növbəti qurultayının mart ayının ortalarında keçirəcəyini açıqlamışdı.

Bahar Rüstəmli
AzNews.az