“Dövlət heç bir təriqətə qarşı mübarizə aparmır”

7 Mart 2014 13:20 (UTC+04:00)
"Azərbaycanda tolerantlıq mühitinin yaradılmasında medianın böyük rolu var". AzNews.az xəbər verir ki, bunu bu gün "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfransda çıxışı zamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, mətbuat bu prinsiplərə hər zaman sadiq qalaraq, dünyəvi və dini dəyərləri özündə birləşdirərək ideoloji məfkurə yaratmalıdır: "Müasir mediamız da həmişə bu prinsiplərə sadiq qalıb. Ölkə mediasında bu problemlər mövcud deyil. Jurnalistlərin davranış kodeksində də bu məsələ yer alır. Azərbaycan dövlətinin dini azadlıqlarla bağlı həyata keçirdiyi siyasəti mətbuatda hər zaman dəstəklənib. Hər bir ölkədə əmin-amanlığın yaradılmasında dini tolerantlıq mühüm rol oynayır".

Ə.Amaşov həmçinin qeyd edib ki, son zamanlar Azərbaycanda nurçuluqla bağlı mediada çoxsaylı məlumatlar yazılır: "Azərbaycan mediası bir şeyi unutmamalıdır ki, dövlət heç bir təriqətə qarşı mübarizə aparmır. Biz çalışmalıyıq ki, Azərbaycan dövlətçiliyinə heç nə təsir göstərməsin".

Amid