Krımda Rusiya hərbçilərinin sayı açıqlandı

7 Mart 2014 15:52 (UTC+04:00)

Krım Muxtar Respublikasının ərazisində dislokasiya olunan Rusiya hərbçilərinin sayı hər gün artmaqdadır.

AzNews.az xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətinin açıqladığı məlumata görə, hazırda Krıma 30 minə Rusiya hərbçisi yerləşdirilib. Onlar muxtar respublikanın bütün ərazilərində yerləşiblər.

Ukrayna Sərhəd Qoşunlarına məxsus 11 sərhəd dəstəsi isə rus hərbçiləri tərəfindən mühasirədə saxlanılır.

Rusiya hərbçiləri faktiki olaraq, heç bir maneə ilə üzləşmədən "Krım" sərhəd keçid məntəqəsindən yarmadaya daxil olurlar.

AzNews.az