İlkər Başbuğ azadlıqda

7 Mart 2014 19:14 (UTC+04:00)
İstanbul Ağır Cəza Məhkəməsi, Konstitusiya məhkəməsinin qərarına uyğun olaraq Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi İlkər Başbuğun azadlığa buraxılmasına qərar verib.

Qeyd edək ki, 6 yanvar 2012-ci ildə həbs edilən keçmiş Baş Qərargah rəisi təxminən 26 aydır ki, Silivri həbsxanasında cəza çəkirdi.(Musavat.com)